Bu qidanı yeyirsiniz? Həkim “kalori bombası” deyib xəbərdarlıq etdi

Endokrinoloq və dietoloq Anton Polyakov orqanizm üçün ən zərərli un məmulatının hansı olduğunu açıqlayıb.

Onun sözlərinə görə, ən təhlükəli qidalar qızardılmış xəmirdə sosiska olan məhsullardır. Həkim bildirib ki, bu tip qəlyanaltılar ümumiyyətlə sağlam hesab edilə bilməz və ən doğru seçim onlardan tamamilə imtina etməkdir.

Polyakov qeyd edib ki, xüsusilə qızardılmış sosiska xəmiri yüksək kalori və aşağı qida dəyərinə görə orqanizm üçün ciddi risk yaradır. Bu cür qidaları qəbul etməkdənsə, qəlyanaltını ümumiyyətlə buraxmaq daha faydalıdır.

Mütəxəssis əlavə edib ki, bişmiş (qızardılmamış) un məmulatları nisbətən daha yaxşı seçim sayılsa da, onların da qida dəyəri aşağıdır və mümkün qədər az istehlak olunmalıdır.

Həkim həmçinin “ayaqüstü” qidalanmaya qarşı diqqətli olmağa çağıraraq, qızardılmış sosiska xəmirlərini “əsl kalori bombası” adlandırıb.

Bundan əvvəl də o, sosiska xəmiri və belyaş kimi məhsulların tez-tez istifadəsinin xərçəng riskini artıra biləcəyini vurğulayıb. Ümumdünya Səhiyyə Təşkilatı isə hələ 2015-ci ildə emal olunmuş ət məhsullarını kanserogenlər siyahısına daxil edib.

Mövsüm,

AzNews.az