Qüds valisi Adnan Qaysın məhkəməsi olub. Qüds valisi Adnan Qaysın məhkəməsi olub.

Qüds valisi İsrail məhkəməsinə çıxarıldı

Qüds valisi Adnan Qaysın məhkəməsi olub.

Məhkəməyə çıxarılan Adnan Qays israilli hakim tərəfindən şərti cəza ilə azadllığa buraxılıb, amma prokurorun etirazı nəticəsində qərar yerinə yetirilməyib.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Qüds valisi İsrailin işğalı altındakı Şərqi Qüdsdə yerləşən Qüds Bölgə Məhkəməsində hakim qarşısına çıxarılıb. O, məhkəmə salonuna əlləri qandallı şəkildə gətirilib.

Qays məhkəmə öncəsi verdiyi açıqlamada "Bu, zülm və haqsızlıqdır. Bu, tamamilə siyasi həbsdir və beynəlxalq hüquq və razılaşmalara ziddir. İnşaallah, bir gün bu zülm bitəcək", deyə bildirib. Başqa tərəfdən adının açıqlanmasını istəməyən bir vəkil Qaysın "günahsız" olduğunu vurğulayıb və İsrailin bunu nüfüzlu fələstinlilərə həqarət etmək məqsədilə və Fələstinin Qüdsdəki siyasi varlığını yox etmək təşəbbüsü ilə əlaqələndirib.

Məhkəməyə çıxarılan Qüds valisi Qüdsdəki fələstinliləri təhdid etməkdə günahlandırılıb. Müdafiə tərəfi isə bununla bağlı heç bir sübutun olmadığını bildirərək valinin sərbəst buraxılması tələbini irəli sürüb. İsrailli hakim valinin 15 min şekel məbləğində cərimələnməsi və 7 gün ev həbsində olmaqla şərti azadlığa buraxılmasına qərar verib. Lakin qərara etiraz edən prokuror hakimdən yerli vaxtla 18:00-a kimi vaxt istəyib. Hakim prokurorun tələbini qəbul edib və məhkəmə bitib.

Qeyd edək ki, İsrail xüsusi təyinatlıları şənbə günü Qüds valisi Qaysı maşınından endirərək həbs etmişdi.

Malik LİFTİYEV
AzNews.az