Suriyada 3 il əvvəl əsir götürülən yapon jurnalisti sərbəst buraxılıb. Suriyada 3 il əvvəl əsir götürülən yapon jurnalisti sərbəst buraxılıb.

Əsir götürülən yapon jurnalist azad edildi

Suriyada 3 il əvvəl əsir götürülən yapon jurnalisti sərbəst buraxılıb.

Əl-Qaidə terror təşkilatı tərəfindən üç il əvvəl Suriyada əsir alınan yapon jurnalist azad edilib.

Yaponiyanın Nazirlər Kabinetinin katibi Yoshihide Suqa Qətər səlahiyyətlilərinin Jumpei Yasuda adlı bir yapon jurnalistin sərbəst buraxıldığını bəyan etdiyini açıqlayıb. Suqa 44 yaşındakı jurnalistin bu anda Türkiyənin Antakya şəhərində olduğunu və bir irtica bürosunda saxlanıldığını bildirib.

Yapon rəsmisi, sərbəst buraxılan şəxsin dəqiq jurnalist Yasuda olduğunu təyin etmək üçün bəzi araşdırmalar aparıldığını və bu baxımdan jurnalistin həyat yoldaşına xəbər verildiyini bildirib. Qeyd edək ki, sərbəst şəkildə jurnalistlik edən Yasuda 2015-ci ildə Türkiyə üzərindən Suriyaya daxil olub və qısa zaman sonra Əl-Qaidə tərəfindən əsir alınmışdı.(modern.az)

AzNews.az