Ci Siançi 22,71 milyon yuan dəyərində rüşvət almaqda ittiham olunur. Ci Siançi 22,71 milyon yuan dəyərində rüşvət almaqda ittiham olunur.

Keçmiş məmur 3,7 milyon dolları necə mənimsəyib?

Ci Siançi 22,71 milyon yuan dəyərində rüşvət almaqda ittiham olunur.

Çinin Şandun vilayətinin keçmiş vitse-qubernatoru Ci Siançi 22,71 milyon yuan (3,7 milyon ABŞ dolları) dəyərində rüşvət almaqda ittiham olunur.

AZƏRTAC xəbər verir ki, Cincun şəhər məhkəməsində keçmiş məmurun haqqında qaldırılmış cinayət işinə dair iclas keçirilib. Prokurorun ittiham aktında qeyd olunur ki, Ci Siançi 2003-2017-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən pul və bahalı hədiyyələr müqabilində bir neçə sahibkara imtiyazlı şərtlərlə tenderlər verib. Bundan başqa, keçmiş məmur dövlət qurumlarına aid olan 1,76 milyon dollar dəyərində incəsənət əsərlərini qeyri-qanuni yolla mənimsəməkdə ittiham olunur.

Ci Siançi məhkəmədə son bəyanatında özünü təqsirkar hesab etdiyini və peşman olduğunu deyib. Məhkəmə qərarını bir müddət sonra elan edəcək.(AZƏRTAC)

AzNews.az