- Dünyanın halı
 - 6 Noyabr 2018 15:27
 - 1 647
 
Belarusda Rusiya hərbi bazasının yaradılmasına ehtiyac yoxdur - Lukaşenko
            "Onsuz da biz Rusiya ilə eyni ittifaqdayıq"
Belarusda xarici ölkələrin, o cümlədən Rusiya hərbi bazasının yaradılmasına ehtiyac yoxdur.
AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko bir qrup ABŞ-lı analitiklərlə görüşü zamanı deyib.
Lukaşenko xatırladıb ki, Belarus Qərblə münasibətləri heç də yaxşı olmayan Rusiya ilə bir hərbi ittifaqdadır: "Bu baxımdan deyə bilərəm ki, bizdə heç bir ölkənin hərbi bazası yoxdur".
"Bu, şişirdilmiş bir problemdir. Onsuz da biz Rusiya ilə eyni ittifaqdayıq. Belə olan halda bazanın olub-olmadığının elə bir önəmi yoxdur. Belə fikir formalaşır ki, guya biz o bazanı yerləşdirsək, müstəqilliyimizi itirərik. Xeyr, biz onu ona görə yerləşdirmirik ki, o baza bizə lazım deyil". Lukaşenko belə deyib.
Babək Göyüş
© AzNews.az