- Dünyanın halı
- 12 Noyabr 2018 16:30
- 4 432
“Həmas”ın komandiri öldürüldü
 
            Fələstinin “Həmas” təşkilatının hərbi komandiri Nur Baraka öldürülüb.
“İzz ad-Din əl- Kassam” briqadasının rəhbəri İsrail xüsusi təyinatlılarının noyabrın 12-si Qəzza zolağında keçirdiyi əməliyyat zamanı qətlə yetirilib. Məlumata görə, Baraka ilə yanaşı 6 fələstinli hərbçi də dünyasını dəyişib.
Xatırladaq ki, sözügedən əməliyyat zamanı İsrail ordusu da polkovnik-leytenantını itirib.(qafqazinfo.az)
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            