Apelyasiya şikayətinə məhkəmə 2019-cu ilin iyunundan sonra baxacaq. Apelyasiya şikayətinə məhkəmə 2019-cu ilin iyunundan sonra baxacaq.

Moskvadan Kiyevə son xəbərdarlıq - "3 milyardı qaytarın"

Apelyasiya şikayətinə məhkəmə 2019-cu ilin iyunundan sonra baxacaq.

Rusiya Ukraynanı apelyasiya şikayəti üzrə 3 milyard dolları geri qaytarmadığına görə Böyük Britaniyanın Ali məhkəməsinə verib. Rəsmi Kiyev isə hesab edir ki, o pulu əvvəlki prezident Viktor Yanukoviç Ukraynanın Avropa Birliyindən imtinasına cavab olaraq təzyiq altında alıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, apelyasiya şikayətinə məhkəmə 2019-cu ilin iyunundan sonra baxacaq.

Qeyd edək ki, Rusiya Ukrayna istiqrazlarını 2013-cü ilin dekabrında Milli Rifah Fondunun vəsaiti hesabına satın alıb. Həmin vaxt isə Ukraynaya Viktor Yanukoviç rəhbərlik edib. Onun gedişindən sonra rəsmi Moskvaya müraciət edilib ki, həmin istiqrazlar özəl kreditorlarların öhdəlikləri ilə əvəz edilsin. Ancaq Moskva tələb edib ki, dövlət borcu ödənilməlidir.

Hazırkı prezident Petr Poroşenko isə deyib ki, Ukrayna borcunu ödəməyəcək, çünki Yanokoviç o pulu özü ilə xaricə aparıb.

Babək Göyüş

© AzNews.az