Kral hökumətin yüksək səviyyəli məşvərət orqanı olan Şurada bəzi açıqlamalar verib Kral hökumətin yüksək səviyyəli məşvərət orqanı olan Şurada bəzi açıqlamalar verib

Kral Salman Qaşıqçı cinayəti haqda ilk dəfə danışdı - 1 ay 17 gündən sonra

Kral hökumətin yüksək səviyyəli məşvərət orqanı olan Şurada bəzi açıqlamalar verib

Səudiyyə Ərəbistanının Kralı Salman Səudiyyə Ərəbistanının gələcəyi və hüquq sistemi ilə bağlı bəyanatlar verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kral hökumətin yüksək səviyyəli məşvərət orqanı olan Şuraya verdiyi açıqlamalarda qətlə yetirilən jurnalist Camal Qaşıqçı haqda da danışıb.

O bildirib ki, Qaşıqçının öldürülməsi dünyada qlobal reaksiyaya səbəb olub və bu, Ər-Riyadla Qərbin münasibətlərini gərginləşdirib.

Qeyd edək ki, Qaşıqçının qətlindən 1 ay 17 gün keçməsinə baxmayaraq Kral bu haqda ilk dəfə açıqlama verib.

Babək Göyüş

AzNews.az