Telefonda qeydə alınan səs yazıları onun qətlə yetirilməsinin əsas dəlilləridir Telefonda qeydə alınan səs yazıları onun qətlə yetirilməsinin əsas dəlilləridir

Qaşıqçının qatilinin səs yazısı yayıldı - "Satqın, sən cavab verəcəksən!"

Telefonda qeydə alınan səs yazıları onun qətlə yetirilməsinin əsas dəlilləridir

Türkiyənin Haberturk nəşri Qaşıqçının qatilinin səs yazısını yayıb. Yazıda qatil jurnalistə "Satqın, sən cavab verəcəksən!" sözlərini deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qaşıqçı İstanbuldakı Baş konsulluğa daxil olan kimi onu öncədən gözləyən 4 nəfər qarşılayıb.

Qatillər jurnalistə yaxınlaşan kimi onun qollarından tutublar. Bu vaxt Qaşıqçı qışqırıb: "Nə edirsən, əllərimi burax!". Bu səs yazısı jurnalistin telefonundan götürülüb.

Mənbə yazır ki, telefonda qeydə alınan səs yazıları onun qətlə yetirilməsinin əsas dəlilləridir.

Sonra onu otaqların birinə aparıblar. 4 qatilə daha 3 nəfər də qoşulub. Bu zaman onlardan biri Qaşıqçıya belə deyib: "Satqın, sən cavab verəcəksən!".

Babək Göyüş

AzNews.az