"Bununla bağlı çoxlu sayda nümunələr var". "Bununla bağlı çoxlu sayda nümunələr var".

“CIA-nın hesabatı etibarlı deyil” - Səudiyyə şahzadəsi

"Bununla bağlı çoxlu sayda nümunələr var".

Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) jurnalist Camal Qaşıqçının vəliəhd şahzadə Məhəmməd bin Salmanın əmri ilə öldürüldüyü barədə hesabatın etibarlı olmadığını bəyan edib.

Səudiyyənin sabiq kəşfiyyat şefi Turki əl-Faysalın fikrincə, CIA-nın qiymətləndirmələri etibarlılıq və dəqiqlik baxımından heç də ən yüksək standartlara malik deyil.

Onun sözlərinə görə, bununla bağlı çoxlu sayda nümunələr var:

“Bu təşkilat İraqda kimyəvi silah olması barədə hesabat yayaraq 2003-cü ildə bu ölkədə müharibəyə səbəb oldu. ABŞ-da CIA-nın niyə mühakimə olunmadığı maraqlıdır. İstanbuldakı konsulluqda kimin nə etdiyi, kimin təqsirli olub-olmadığı ilə bağlı hesabatlarına münasibətim budur”.(teleqraf.com)

AzNews.az