10 dərəcə şaxtada o, küçədə gedərkən halı pisləşib və yerə yıxılıb 10 dərəcə şaxtada o, küçədə gedərkən halı pisləşib və yerə yıxılıb

Tanınmış baş redaktor küçədə öldü – cibindəkiləri oğurladılar

10 dərəcə şaxtada o, küçədə gedərkən halı pisləşib və yerə yıxılıb

Ukraynanın Xarkov şəhərində “Xarkovskiye izvestiya” qəzetinin baş redaktoru, jurnalist Oleqa Peresada vəfat edib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, jurnalistin ölümü faciəli olub.

Belə ki, 10 dərəcə şaxtada küçədə gedərkən onun halı pisləşib və yerə yıxılıb. Bu zaman ona kömək etmək, həkim çağırmaq əvəzinə cibinə girərək telefonunu, sənədlərini və pulunu oğurlayıblar.

Bu olayı Kharkov Sos cəmiyyəti özünün Facebook səhifəsində paylaşaraq “biabırçı” adlandırıb.

Nəhayət kimsə onu xəstəxanaya aparıb. Yaxınları onun xəstəxanada olduğundan gecə xəbər tutublar.

Oleqa Peresada bir gündən sonra vəfat edib.

Olayla bağlı cinayət işi açılıb. Polis oğurluq edən şəxsin və ya şəxslərin axtarışına başlayıb.

Jurnalistin ölümünün səbəbləri haqda bilgi verilmir.

Babək Göyüş

© AzNews.az