Gələn il Həcc və Ümrə ziyarətinə 30 milyon müsəlmanın gedəcəyi gözlənilir. Gələn il Həcc və Ümrə ziyarətinə 30 milyon müsəlmanın gedəcəyi gözlənilir.

Müsəlmanlar ziyarət edir, amerikalılar pul qazanır...

Gələn il Həcc və Ümrə ziyarətinə 30 milyon müsəlmanın gedəcəyi gözlənilir.

Bu barədə "ARAB NEWS" qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, "Agoda" ilə ( Beynəlxalq miqyasda tanınan ABŞ şirkətdir. Dünyanın dörd tərəfində 23 min nəfər işçisi var. Şirkətin illik xalis gəliri 2.3 milyard dollardır.) Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Mohammad Salih Bentin arasında anlaşma protokolu imzalanıb.

Bundan sonra zəvvarlar "Agoda" şirkətinin İnternet saytı üzərindən Məkkə və Mədinədə hotel nömrələri sifariş verə bilərlər. Amerika şirkəti bir çox dillərdə müştərilərinə xidmət göstərir.

Səudiyyəli nazir bildirib ki, zəvvarların işini asanlaşdırmaq və onların rahatlığını təmin etmək üçün belə bir addım atılıb.

Beləliklə, 30 milyon müsəlman İslamın müqəddəs şəhərlərini ziyarət edəcək. Bu arada isə mərkəzi Sinqapurda yerləşən ABŞ şirkəti xeyli pul qazanacaq.(musavat.com)

© AzNews.az