O, Donald Trampı terroristlərə bərabər tutub. O, Donald Trampı terroristlərə bərabər tutub.

"ABŞ-ın BHTP-dən çıxması terrorizmdir" Həsən Ruhani

O, Donald Trampı terroristlərə bərabər tutub.

İran Prezidenti Həsən Ruhani ABŞ-ın İranın nüvə sazişi üzrə Birgə Hərtərəfli Tədbirlər Planından (BHTP) çıxmağına qərar verdiyinə görə Birləşmiş Ştatların dövlət başçısı Donald Trampı terroristlərə bərabər tutub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat verib.

"Amerikanın nüvə sazişindən çıxması ölkəmizə qarşı yönəlmiş iqtisadi terrorizm növlərindən biridir", - o deyib.

H.Ruhani Tehranın terror qruplaşmalarına qarşı mübarizəyə sadiqliyini vurğulayaraq bölgə dövlətlərini əməkdaşlığa çağırıb: "Bizi boykot edən ölkələr bilməlidirlər ki, onların hərəkətləri bizim terrorla mübarizə bacarığımıza heç bir təsir göstərməyəcək".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də Vaşinqtonun BHTP-dən birtərəfli qaydada çıxdığını açıqlayıb. Bundan sonra isə D.Tramp sentyabr 7-də və noyabrın 5-də İrana qarşı ABŞ sanksiyalarını yenidən bərpa edib.

AzNews.az