Nigerin hökumət ordusu quru və hava qüvvələri ilə həyata keçirdiyi irimiqyaslı əməliyyat zamanı radikal "Boko haram" qruplaşmasının 200-dən çox yaraqlısını məhv edib. Nigerin hökumət ordusu quru və hava qüvvələri ilə həyata keçirdiyi irimiqyaslı əməliyyat zamanı radikal "Boko haram" qruplaşmasının 200-dən çox yaraqlısını məhv edib.

200-dən çox terrorçu məhv edildi

Nigerin hökumət ordusu quru və hava qüvvələri ilə həyata keçirdiyi irimiqyaslı əməliyyat zamanı radikal "Boko haram" qruplaşmasının 200-dən çox yaraqlısını məhv edib.

TASS xəbər verir ki, bu barədə çərşənbə günü axşam Afrika dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ordu ekstremistlərin ölkənin cənub-şərqində, Çad gölündə yerləşən adalardakı mövqelərinə hücum təşkil edib. İrimiqyaslı əməliyyat 2018-ci il dekabrın 28-də başlayıb. Terrorçulara əsas zərbə Komaduqu çayı vadisində, həmçinin Çad gölündəki adalarda endirilib.(report.az)

© AzNews.az