Çinin şərqindəki Futszyan əyalətinin sahillərində yük gəmisi ilə toqquşma nəticəsində balıqçı gəmisi batıb. Çinin şərqindəki Futszyan əyalətinin sahillərində yük gəmisi ilə toqquşma nəticəsində balıqçı gəmisi batıb.

Çin sahillərində iki gəmi toqquşdu

Çinin şərqindəki Futszyan əyalətinin sahillərində yük gəmisi ilə toqquşma nəticəsində balıqçı gəmisi batıb.

TASS xəbər verir ki, "Sinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən 8 nəfərin itkin düşdüyünü məlumat verib.

Hadisə Pintan mahalının akvatoriyasında baş verib. Qəza zamanı batan gəmidə 14 nəfər ekipaj üzvü olub. Onlardan 6-nı xilas etmək mümkün olub.

Qəza ərazisində itkin düşmüş balıqçıların axtarışları davam edir. Axtarış-xilasetmə əməliyyatına helikopterlər, həmçinin yaxınlıqdakı gəmilər cəlb edilib.(report.az)

© AzNews.az