Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkənin ali rəhbərliyi ilə görüşmək üçün İsrailə gedib. Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkənin ali rəhbərliyi ilə görüşmək üçün İsrailə gedib.

Con Bolton İsrailə gedib

Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkənin ali rəhbərliyi ilə görüşmək üçün İsrailə gedib.

“Report” xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.

Bolton səfər zamanı iki ölkə arasında əməkdaşlığı müzakirə edəcəyini bildirib:

"Elə indicə İsrailə endim. Birləşmiş Ştatlar və İsrail arasında bir sıra ümumi prioritetlər, eləcə də ABŞ-ın İsrailin təhlükəsizliyinə möhkəm bağlılığının müzakirəsi üçün İsrailin yüksəkvəzifəli rəsmi şəxsləri ilə sabahkı görüşləri səbrsizliklə gözləyirəm".

Daha əvvəl Con Boltonun Türkiyəyə səfərinin tarixi məlum olub.

AzNews.az