BMT-nin baş katibi Yəməndə beynəlxalq müşahidəçilərin sayının artırılmasını tələb edib. BMT-nin baş katibi Yəməndə beynəlxalq müşahidəçilərin sayının artırılmasını tələb edib.

Quterreşdən Yəmən tələbi

BMT-nin baş katibi Yəməndə beynəlxalq müşahidəçilərin sayının artırılmasını tələb edib.

BMT-nin baş katibi Antonio Quterreş ötən ay Yəmən hökuməti ilə Husilər arasında əldə olunan atəşkəs qərarına nəzarət olunması üçün 75 beynəlxalq müşahidəçinin göndərilməsini tələb edib.

Anadolu Agentliyi xəbər verir ki, baş katib Yəmənin liman şəhəri Hudeyda da mövcud olan 16 beynəlxalq müşahidəçinin az olduğunu bildirib. Qeyd edək ki, bundan bir müddət əvvəl bölgəyə silahsız və mülkü geyimdə müşahidəçi qrupu göndərilib.

BMT baş katibi ərazidə nəzarətin gücləndirilməsini hər an baş verə biləcək gərginliklə əlaqələndirib. BMT-nin yaydığı məlumata görə, Yəməndə 22 milyondan çox insanın yardıma ehtiyacı var. 14 milyon insan aclıq və xəstəlik riski ilə üz-üzədir. Əsas yardımların Hudeyda şəhəri vasitəsi ilə Yəmən əhalisinə çatdırıldığını deyən Antonio Quterreş burada nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, 2014-cü ildən etibarən Yəmən hökuməti ilə Husilər arasında silahlı qarşıdurma baş verir. Dinc əhali silahlı insidentdən əziyyət çəkir.(AZƏRTAC)

© AzNews.az