Çin ilin ilk peyki olan “Zhongxing-2D”ni yanvarın 11-də orbitə çıxarıb. Çin ilin ilk peyki olan “Zhongxing-2D”ni yanvarın 11-də orbitə çıxarıb.

Çin ilin ilk peykini orbitə çıxardı

Çin ilin ilk peyki olan “Zhongxing-2D”ni yanvarın 11-də orbitə çıxarıb.

Telekommunikasiya peyki yerli vaxtla gecə 1:11-də Siçuan vilayətində Siçanq kosmodromundan “Long March-3B” daşıyıcı raketi vasitəsi ilə orbitə göndərilib. Bildirilir ki, peyk müəyyən edilmiş orbitə çatıb.

Çin Kosmos Elmləri və Texnologiyaları Korporasiyasının mütəxəssislərinin hazırladığı peyk Çinin teleradio stansiyaları və kabel televiziyası şəbəkəsi üçün müvafiq xidmətləri yerinə yetirəcək.

Qeyd edək ki, bu, “Long March” seriyasından 298-ci raket buraxılışdır.(AZƏRTAC)

© AzNews.az