Özbəkistanda yeni qurum yaradıldı

Özbəkistanda 2019-2021-ci illər üçün struktur islahatların əsas istiqamətlərini təmin etmək məqsədilə İqtisadi Şura yaradılıb.

Bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.

Şuraya Özbəkistanın Baş naziri Abdulla Aripov başçılıq edir.

Yeni strukturun yanında islahatların yol xəritəsi üzrə konkret tədbirləri müəyyən edəcək beynəlxalq ekspert qrupu yaradılacaq. 2019-2021-ci illər üçün struktur islahatlarının əsas istiqamətlərinin yol xəritəsi Dünya Bankının və başqa maliyyə institutlarının iştirakı ilə hazırlanıb.

Bu il dövlət payı olan müəssisələrin yenidən qurulması, milli rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası işlənib hazırlanacaq. Kənd təsərrüfatı, monetar siyasət, pensiya sistemi, sərmayə mühiti və digər sahələrdə də islahatlar aparılacaq.(AZƏRTAC)

AzNews.az