Perunun "Las-Palmas" çimərliyində yerləşən klubda partlayış baş verib. Perunun "Las-Palmas" çimərliyində yerləşən klubda partlayış baş verib.

Peruda klubda partlayış oldu - Yaralılar var

Perunun "Las-Palmas" çimərliyində yerləşən klubda partlayış baş verib.

Bu barədə "El Comercio" qəzetinə təcili xidmətlərin nümayəndəsi Vito Monopoli bildirib.

V.Monopoli deyib: "Biz klubun yaxınlığında 2 qaz balonu tapdıq, partlayış nəticəsində binanın şüşələri qırılıb. Bir neçə nəfər yüngül xəsarət alıb. Vəziyyət nəzarət altındadır".

Bildirilir ki, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. İnsidentin digər təfərrüatları barədə hələki məlumat verilmir.(trend.az)

AzNews.az