Qərbi Şeriada yəhudilərin yaşadığı yerlər boşaldılmalıdır. Qərbi Şeriada yəhudilərin yaşadığı yerlər boşaldılmalıdır.

Trampın planı məlum oldu - İsraildən sərt reaksiya

Qərbi Şeriada yəhudilərin yaşadığı yerlər boşaldılmalıdır.

ABŞ prezidenti Donald Trampın "Əsrin Orta Şərq Sülh Planı" adlı layihəsinə görə İsrailin işğalı altında olan Qərbi Şerianın 90 faizi fələstinlilərə veriləcək.

AzNews.az xəbər verir ki, bu informasiyanı İsrailin Reshet 13 TV kanalı yayıb.

Mənbə bildirir ki, həmin plan həyata keçsə, Qərbi Şeriada yəhudilərin yaşadığı yerlər boşaldılmalı və əlavə yerlərin inşası dayandırılmalıdır.

İddiaya görə, fələstinlər tərəfindən müqəddəs olaraq qəbul edilən məkanlar Fələstin hakimiyyətinə verilməyəcək.

Qüdsdə divarla əhatələnmiş Köhnə Şəhər İsrail hakimiyyətinə təhvil veriləcək. Lakin ərazi Fələstin və Ürdün ortaq hakimiyyəti tərəfindən idarə ediləcək.

Fələstinlilər isə Şərqi Qüds və Məscidi-Aksanın onlara verilməyini istəyirlər. Hesabatda Həmas nəzarətində olan Qəzzanın necə idarə olunacağına dair məlumat yoxdur.

İsrailli və Fələstinli səlahiyyətlilər Reshet 13 kanalındakı iddialara hələlik rəsmi cavab verməyiblər.

Ancaq bu detallar indidən İsrail ictimaiyyətində reaksiyalara səbəb olub.

Pərvanə Ağazadə

AzNews.az

image description