Rusiya istehsalı olan 139 film və serial qadağan edilib. Rusiya istehsalı olan 139 film və serial qadağan edilib.

Ukrayna rus film və seriallarını qadağan etdi

Rusiya istehsalı olan 139 film və serial qadağan edilib.

Ukrayna Dövlət Kinemotoqrafiya Komitəsinin rəhbəri Ukraynada yayımlanan rus film və seriallarını qadağan edib.

AzNews.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Kinemotoqrafiya Komitəsinin rəhbəri Flip İlyenko açıqlama verib.

Verilən açıqlamada Ukrayna qanunlarına zidd olduğu üçün 139 Rusiya istehsalı serial və filmin kinoteatr və televiziya kanallarında göstərilməyəcəyini deyilib.

Qeyd edək ki, 2014-cü ildə Ukraynada başlayan vətəndaş müharibəsindən sonra Kiyev hakimiyyəti ilə Rusiya arasında gərginlik yaşanıb. Ukrayna 2015-ci ildə verilən qərar ilə rus serial və filmlərinə nəzarətin artmağına və rus təxribatı daşıyan yayımların qadağan edilməsinə qərar verib.

Rusiya isə tarixi rus filmlərinin qadağan edilməsini dünya tarixinə vurulan zərbə olduğunu bildirirərək UNESCO-ya şikayət edib.

Pərvanə Ağazadə

AzNews.az