Bu, komissiyanın ağır cəza tətbiq etdiyi ilk haldır. Bu, komissiyanın ağır cəza tətbiq etdiyi ilk haldır.

“Google” 50 milyon avro cərimələndi

Bu, komissiyanın ağır cəza tətbiq etdiyi ilk haldır.

Fransanın Milli Azadlıq və İnformasiya Komissiyası (CNIL) şəxsi məlumatların istifadə edilməsi mövzusunda kifayət qədər açıq məlumatlandırmadığı üçün internet nəhəngi Google-a 50 milyon avroluq cəza verib.

AzNews.az xəbər verir ki, Fransada şəxsi məlumatların gizliliyinə nəzarət edən rəsmi qurumdan verilən açıqlamaya görə, Ümumi Məlumatların Mühafizəsi İdarəsi (GDPR) çərçivəsində istifadəçilərin şəxsi məlumatları haqqında kifayət qədər açıq informasiya vermədiyi üçün Google-a 50 milyon avro cəza verib.

Fransa mətbuatında yer alan xəbərlərə görə, CNIL GDPR çərçivəsində bir internet nəhənginə cəza verən ilk qurum olub.

Pərvanə Ağazadə

AzNews.az