Hadisə yanvarın 19-u baş verib. Hadisə yanvarın 19-u baş verib.

Ukraynada hər kəs bu azərbaycanlı qardaşlardan danışır

Hadisə yanvarın 19-u baş verib.

Ukraynada iki azərbaycanlı qardaş həyatlarını riskə ataraq bir ailəni yanan avtomobildən xilas ediblər.

Hadisə yanvarın 19-u baş verib. 42 yaşlı Yeni Odessa sakininin idarə etdiyi “MAN” markalı yük maşını qarşı yola keçərək “KİA Sorento” markalı ciplə toqquşub. Toqquşma nəticəsində yük maşını aşıb, minik avtomobili isə yanmağa başlayıb.

Bu zaman işdən evə qayıdan Ümid və Sabir Şirinov qardaşları maşını saxlayıblar. Onlar yanan cipin içərisində ağlayan uşaq və başqa sərnişinlərin olduğunu görüblər. Yük maşınının sürücüsü qardaşlara artıq gec olduğunu və həyatını riskə ataraq həmin şəxslərə yardım etmək istəmədiyini bildirib.

Qardaşlar əvvəlcə yanan maşından uşağı, ardınca ananı çıxarıblar. Daha sonra ön oturacaqda sıxışıb qalan və huşunu itirmiş atanı çətinliklə xilas ediblər. Xilasetmə əməliyyatından bir dəqiqə sonra maşındakı qaz balonu partlayıb.

Ukrayna KİV-i Şirinov qardaşlarının ailəni xəstəxanaya yerləşdirdikdən sonra, uşağın bütün xəstəxana xərclərini qarşıladıqlarını yazır.(qafqazinfo.az)

© AzNews.az

image description