"Türkiyə prezidentimiz Ərdoğanın liderliyi ilə bütün dövlət çevrilişlərinə qarşıdır”. "Türkiyə prezidentimiz Ərdoğanın liderliyi ilə bütün dövlət çevrilişlərinə qarşıdır”.

Ərdoğan Maduroya zəng etdi - “Qardaşım, dik dur, yanındayıq!”

"Türkiyə prezidentimiz Ərdoğanın liderliyi ilə bütün dövlət çevrilişlərinə qarşıdır”.

Xəbər verildiyi kimi Venesuelada Milli Məclisin sədri, müxalifət lideri Juan Guaido ölkədəki dövlət çevrilişində özünü “müvəqqəti prezident” elan edib. Ağ Evin sahibi Donald Tramp və bəzi ölkələrin liderləri onu prezident kimi tanıyıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu olayla bağlı Venesuela prezidenti Nikolas Maduroya zəng edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident aparatının sözçüsü İbrahim Kalın baş verən hadisələrdən sonra tvitterdən açıqlama verib:

“Prezidentimiz Venesuela prezidenti Nikolas Maduroya zəng edərək Türkiyənin dəstəyini bildirib və “Maduro qardaşım! Dik dur, yanındayıq” deyib. Türkiyə prezidentimiz Ərdoğanın liderliyi ilə bütün dövlət çevrilişlərinə qarşıdır”.

Qeyd edək ki, Ərdoğanın Venesuelaya səfəri zamanı mərasimə qatılan uşaqların əlindən yerə düşən türk bayrağını Maduro əyilərək götürüb. Onun bu hərəkəti Türkiyədə çox bəyənilib.

Pərvanə Ağazadə

AzNews.az