Çərşənbə günü Venesuelada dövlət əleyhinə nümayişlər keçirilib. Çərşənbə günü Venesuelada dövlət əleyhinə nümayişlər keçirilib.

Etirazçılar Venesuelada polis maşınını ələ keçirdi - 16 nəfər öldü

Çərşənbə günü Venesuelada dövlət əleyhinə nümayişlər keçirilib.

Venesuela parlamentinin spikeri Xuan Quaido özünü müvəqqəti hökumətin müvəqqəti dövlət başçısı elan edib.

AzNews.az RiaNovosti-yə istinadən verir ki, ABŞ Quaidonun idarəçiliyini tanıyıb və qanuni dövlət başçısı hesab etmədiyi prezident Nikolas Madurodan tələb edib ki, müxalifətə qarşı hərbi qüvvə istifadə etməsin.

Maduro özünü konstitusiya yolu ilə seçilmiş prezident elan edib. Müxalifət parlamentinin başçısını isə "ABŞ-ın marionetkası" adlandırıb.

Ötən gün axşam etirazçılar Venesuelanın paytaxtı Karakasın qərbində milli polisin yük avtomobilini ələ keçiriblər.

"Bir qrup kişi küçələrdəki ciddi toqquşmalardan sonra milli polisin yük maşınından səs-küylə çıxaraq qaçdılar" , - şahidlərdən biri belə deyib.

Çərşənbə günü Venesuelada dövlət əleyhinə nümayişlər keçirilib. Portuqesa, Barinas, Taçira, Karakas, Amasonas və digər ştatlarda 16 nəfər həyatını itirib.

Fəridə Abdulla

AzNews.az