- Dünyanın halı
- 26 Yanvar 2019 13:50
- 1 819
Rusiya və İran Suriyada toqquşdu - 200 ölü
 
            Toqquşmada üstünlüyü rusiyayönlü qüvvələr ələ keçirib.
Suriyanın Həma vilayətinin Əl-Qab bölgəsində rusiya və iranyönlü qruplaşmalar arasında toqquşma yaşanıb.
Bu barədə “Şpigel Onlayn” jurnalı məlumat yayıb.
Döyüş zamanı hər iki tərəf zirehli texnika, qumbaraatanlar və pulemyotlardan istifadə edib. Toqquşmada üstünlüyü rusiyayönlü qüvvələr ələ keçirib. Onlar bir neçə kəndi nəzarət altına alaraq, Xvaiz şəhərinə yaxınlığında qərarlaşıblar.
Hələlik tərəflərin nə qədər itki verdiyi dəqiq açıqlanmayıb.
İddialara görə, toqquşma nəticəsində ölənlərin sayı 200 nəfərə çata bilər. (Axar.az)
 
                 
                             
                             
                             
                             
                             
                            