"Hamı yerli kostyumlarda işə gəlməlidirlər". "Hamı yerli kostyumlarda işə gəlməlidirlər".

Nazarbayevdən nazirlərə tapşırıq: “Yerli kostyum geyinin”

"Hamı yerli kostyumlarda işə gəlməlidirlər".

Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri xarici istehsalçıların tikdiklərini deyil, yerli kostyumları geyinməyə çağırıb.

Bu barədə prezident hökumətin iclasında çıxışı zamanı danışıb:

“Ən sadə geyimlər belə bizə xaricdən gətirilir. Yaxşı, modapərəstlər var, onlara “Şanel” və sair verin, bəs sadə xalq? Dünən sərgidə gənclərlə görüşüm zamanı mənə əla kostyumlar və ayaqqabılar göstərdilər. Sadəcə diqqət yetirmirik. Niyə onları inkişaf etdirməyək?”

Nazarbayev hesab edir ki, Qazaxıstanda istehsal edilən kostyumları geyinmək vacibdir: “Baxın, burada əyləşənlərin hamısı yerli kostyumlarda işə gəlməlidirlər. Bunda qorxulu heç nə yoxdur”.(qafqazinfo.az)

© AzNews.az