106 milyard dollar xəzinəyə qaytarıldı - Səudiyyə Ərəbistanında

Korrupsiyaya qarşı mübarizə tədbirləri zamanı 381 nəfərin ifadəsi alınıb.

Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə çərçivəsində xəzinəyə 106,6 milyard dollar qaytarılıb.

Bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumat yayıb.

Korrupsiyaya qarşı mübarizə tədbirləri zamanı 381 nəfərin ifadəsi alınıb. Prokurorluq bu ifadələrin hər birini araşdırıb.

Korrupsiyaya yol verdiyi sübuta yetirilməyən şəxslər azadlığa buraxılıb, cinayət əməlini etiraf edən 87 nəfər şəxslə razılıq əldə olunub. Başqa cinayətlərə yol verdiyi üçün prokuror tərəfindən barışığı rədd edilən 56 nəfərin işi məhkəməyə göndərilib.

Xatırladaq ki, Səudiyyə Kralı Salman bin Əziz tərəfindən 2017-ci ilin oktyabrında verdiyi qərar əsasında korrupsiyaya qarşı mübarizə üzrə komissiya yaradılmışdı.(teleqraf.com)

© AzNews.az