PKK-lının cinayəti ölkəni dəhşətə gətirdi

Həmin şəxsin kimliyi ictimaiyyətə açıqlanmır.

Avstriyanın Dornbir şəhərində sosial işlər bürosunun rəhbəri PKK üzvü tərəfindən öldürülüb.

AzNews.az xəbər verir ki, Dornbirdə dünən 34 yaşlı bir nəfər sosial işlər bürosunun rəhbəri ilə mübahisə edib.

Mübahisə nəticəsində cinayətkar 49 yaşlı məmuru boğazından bıçaqlayıb.

2009-cu ildə çox sayda cinayət törətdiyi üçün PKK-lının sığınma müraciəti rədd edilib və o, deportasiya olunub.

Bu ilin əvvəlində isə qanunsuz yollarla yenidən ölkəyə daxil olub və PKK üzvü kimi “Türk ordusuna qarşı savaşdığını” elan edib.

Onun yenidən sığınma üçün müraciət etdiyi deyilir.

Müraciətə bu dəfə də mənfi cavab verilib. PKK-lı isə xəbəri alan zaman məmurla mübahisə edib və onu öldürərək hadisə yerindən qaçıb.

Nəticədə o, polislər tərəfindən tutulub.

Polis mətbuata verdiyi açıqlamasında qatilin peşman olmadığını və cinayəti soyuqqanlılıqla işlədiyini deyib.

Həmin şəxsin kimliyi ictimaiyyətə açıqlanmır.

Pərvanə Ağazadə

AzNews.az