İlin əvvəlindən Ukraynada 18 170 nəfər qızılca xəstəliyinə tutulub. İlin əvvəlindən Ukraynada 18 170 nəfər qızılca xəstəliyinə tutulub.

Ukraynada hər gün 450-dən çox insan qızılca xəstəliyinə tutulur

İlin əvvəlindən Ukraynada 18 170 nəfər qızılca xəstəliyinə tutulub.

Ukraynanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bunlardan 7808 nəfəri böyük, 10 362-si isə uşaqdır.

Hesabat dövründə qızılca xəstəliyindən 8 nəfər həlak olub. Xəstəliyin ən yüksək göstəricisi qeydə alınan bölgələr Lvov, Vinnitsa və Rovno vilayətləridir.

2017-ci ildən qızılca xəstəliyi yayılandan bəri Ukraynada 28 nəfər bu xəstəlikdən ölüb, bunlardan 17-i uşaqdır.

Qeyd edək ki, 2018-ci ildə 54481 nəfər qızılca xəstəliyinə tutulub. Bunlardan 20204-ü böyük, 34277-si isə uşaqdır. Hesabat dövründə qızılca xəstəliyindən 16 nəfər həyatını itirib.(AZƏRTAC)

© AzNews.az