Buseyna Şaban: "Türklər torpaqlarımızı qanunsuz yolla ələ keçirmək istəyir". Buseyna Şaban: "Türklər torpaqlarımızı qanunsuz yolla ələ keçirmək istəyir".

Kürdlərə muxtariyyət verə bilmərik - "Bu, Suriyanın bölünməsi deməkdir"

Buseyna Şaban: "Türklər torpaqlarımızı qanunsuz yolla ələ keçirmək istəyir".

Suriya prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban kürdlərə muxtariyyət verilməsinin gələcəkdə ölkənin bölünməsinə gətirib çıxaracağını deyib.

AzNews.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada təşkil olunan Valdai Müzakirə Klubunun iclasında danışan Buseyna Şaban kürdlərə muxtariyyət verilməsi ilə bağlı danışıb.

“Muxtariyyət Suriyanın bölünməsi deməkdir. Suriyanın bölünməsinə gedəcək bir yolu seçməyimiz mümkün deyil”. Şaban belə deyib.

O, kürdlərin Suriya xalqının çox dəyərli və vacib bir hissəsi olduğunu da əlavə edib.

Rəsmi Ankara sərhədlərini qorumaq və qaçqınların ölkələrinə geri qayıtması üçün Suriyanın şimalında təhlükəsiz bölgə tələb edir.

Şabana görə bu fikir torpaqların qanunsuz yolla ələ keçirilməsidir:

“Türkiyə başqalarının torpaqlarını işğal etmək kimi yeni həvəsə düşüb. Məncə Osmanlı dövlətini yenidən yaratmaq xəyalları quran bir Ərdoğanla qarşı-qarşıyayıq. Ancaq bunu edə bilməyəcək. Çünki xalqımız torpaqlarını qorumağa hazırdır”.

Pərvanə Ağazadə

AzNews.az