Son qərar yaxın günlərdə Kim Çen In tərəfindən qəbul olunacaq. Son qərar yaxın günlərdə Kim Çen In tərəfindən qəbul olunacaq.

KXDR ABŞ-la danışıqları davam etdirmək istəmir

Son qərar yaxın günlərdə Kim Çen In tərəfindən qəbul olunacaq.

KXDR xarici işlər nazirinin müavini Soy Son Hi Pxenyanda keçirilən mətbuat konfransında bildirib ki, Şimali Koreya Birləşmiş Ştatlarla Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair danışıqların dayandırılması mümkünlüyünü nəzərdən keçirir.

TASS xəbər verir ki, nazir müavini qeyd edib ki, KXDR ABŞ prezidenti Donald Trampın Vyetnamın Hanoe şəhərində Şimali Koreya lideri Kim Çen In ilə görüşdə tələb etdiyi güzəştlərə getmək niyyətində deyil.

"[Bizim ABŞ-la] xüsusən də bu tip danışıqlar aparmaq istəyimiz yoxdur", — deyə Soy Son Hi bildirib.

O əlavə edib ki, ABŞ ilə danışıqların aqibəti ilə bağlı son qərar yaxın günlərdə Kim Çen In tərəfindən qəbul olunacaq.(report.az)

AzNews.az