- Dünyanın halı
- 17 Mart 2019 22:41
- 1 854
Serbiyada prezident iqamətgahı mühasirəyə alındı - VİDEO
 
            Prezident aksiya təşkilatçılarını faşist və oliqarx adlandırıb.
Serbiyanın paytaxtı Belqradda prezident Aleksandr Vuçiçin əleyhdarlarının aksiyası davam edir.
Yüzlərlə aksiyaçı prezident iqamətgahını mühasirəyə alaraq Vuçiçi binadan çıxmağa qoymayıb. Mitinqçilərin qarşısını xüsusi təyinatlı dəstələr kəsib. Vuçiç polisin binada təhlükəsizliyi təmin edəcəyinə və zorakılığı dayandıracağına əminliyini bildirib. Prezident aksiya təşkilatçılarını faşist və oliqarx adlandırıb.
Dövlət başçısı, eyni zamanda qanunvericiliyə uyğun olaraq aksiyaların cəzalandırılacağına söz verib. (qafqazinfo)
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            