Üzrxahlıq tam sülhün bərqərar olunması üçün yeganə yoldur. Üzrxahlıq tam sülhün bərqərar olunması üçün yeganə yoldur.

"İspaniya kralı üzr istəməlidir"

Üzrxahlıq tam sülhün bərqərar olunması üçün yeganə yoldur.

Meksika prezidenti Anders Manuel Lopes Obrador İspaniya kralı VI Filippə məktub göndərib.

“TASS” agentliyinə istinadən verilən xəbərə görə, prezident İspaniya kralından qitənin fəth edilməsi zamanı yerli hindi qəbilələrinə qarşı törədilmiş qırğınlara görə üzr istəməsini tələb edib.

Bildirilir ki, Meksika prezidenti öz məktubunda təxminən 500 il əvvəl baş vermiş hadisələrin tanınmasında israr edir. Lopes Obradorun fikrincə, üzrxahlıq tam sülhün bərqərar olunması üçün yeganə yoldur.

Məktub İspaniya hökumətinin sədri Pedro Sançesin Meksikaya səfərindən iki ay sonra İspaniya XİN vasitəsilə göndərilib.

İspaniya hökumətində isə Meksika prezidentinin məktubu təəssüflə qarşılanıb.

“İspanların 500 il əvvəl hazırda meksikalıların yaşadığı torpaqlara ayaq basmasına müasir dövrün yanaşmaları ilə qiymət verilməsi doğru deyil. Bizim qardaş xalqlarımız ümumi keçmişimizə nöqsansız və konstruktiv nöqteyi nəzərdən yanaşmağı həmişə bilib”, - deyə rəsmi Madridin cavabında qeyd olunur.

Ölkənin nazirlər kabinetinin açıqlamasında, həmçinin Meksika ilə “dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi”nə hər zaman hazır olduqları da diqqətə çatdırılıb. (ONA)