Duterte bu barədə hökumətin aprelin 1-də keçirilən 36-cı iclası zamanı göstəriş verib. Duterte bu barədə hökumətin aprelin 1-də keçirilən 36-cı iclası zamanı göstəriş verib.

Filippin prezidentindən yoxlama əmri

Duterte bu barədə hökumətin aprelin 1-də keçirilən 36-cı iclası zamanı göstəriş verib.

Filippin Prezidenti Rodriqo Duterte hökumətin bütün şirkətlər və ölkələrlə imzaladığı hər bir müqavilənin yoxlanması və bu sənədlərdən ölkə əhalisini çətin vəziyyətə salan maddələrin çıxarılması barədə göstəriş verib.

Bu barədə Rappler portalı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd edilir ki, Prezident R.Duterte bu barədə hökumətin aprelin 1-də keçirilən 36-cı iclası zamanı göstəriş verib.

Prezident nümayəndəsi Salvadora Panelonun sözlərini sitat gətirən portal yazır: “Prezident hökumətin bütün agentliklərinə hər bir müqaviləyə yenidən baxmaq və Filippin sakinlərinin həyatına ziyan vura biləcək maddələri onlardan çıxarmaq barədə göstəriş verib”.

Filippinin ədliyyə naziri Menardo Qevarranın bildirdiyinə görə, yerli şirkətləri çətinə salan dövlət müqavilələri də yoxlanacaq.

“Müqavilələrdə ictimai maraqlara və dövlət siyasətinə zidd olan maddələr ölkə qanunlarına uyğun olaraq qüvvədən düşmüş elan edilə bilər”, – deyə M.Qevarra əlavə edib.(AZƏRTAC)

AzNews.az