"Əlcəzair daha da çiçəklənəcək". "Əlcəzair daha da çiçəklənəcək".

Əlcəzair prezidenti xalqdan üzr istədi: Adi insanam, səhv edə bilərəm

"Əlcəzair daha da çiçəklənəcək".

Bir neçə gün öncə istefasını elan etmiş Əlcəzair prezidenti Əbdüləziz Buteflika xalqa müraciət edərək həmvətənlərinə təşəkkür edib.

Ə.Buteflika 20 il ölkəyə rəhbərlik etdiyindən qürur duyduğunu bildirib.

Bundan başqa müraciətində prezident buraxdığı səhvlərə görə xalqdan üzr istəyib:

"Mən adi insanam, səhv edə bilərəm".

Daha sonra prezident deyib ki, siyasəti tərk edir, ancaq ölkənin gələcəyi üçün narahat deyil:

"Əminəm ki, yeni rəhbərliklə ölkədə islahatları davam etdirəcəksiniz və Əlcəzair daha da çiçəklənəcək".

Qeyd edək ki, Ə.Buteflika ölkədə davam edən etirazlar fonunda istefa verib. O, ötən gün Konstitusiya Şurasının prezidentini rəsmən dövlət başçısı səlahiyyətlərini dayandırdığı barədə məlumatlandırıb. (trend)

AzNews.az