Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır

Sudanda ordu prezidenti devirib - Yenilənib

Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır

Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib.

Məlumatı “Al-Arabiya” televiziyası yayıb.

Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.

“Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir.

***
09:45

Sudanda ordu hərbi çevriliş edib.

“Lenta.ru” xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.

Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.

Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar.(report.az)

AzNews.az