- Dünyanın halı
- 13 Aprel 2019 19:42
- 2 099
Sudanda fövqəladə vəziyyət ləğv olundu
Sudanda fövqəladə vəziyyət və komendant saatı ləğv olunub
Trend-in məlumatına görə, bu barədə ölkənin müvəqqəti hərbi şurasının yeni başçısı Əbdelfəttah Əl-Burhan deyib. "Fövqəladə vəziyyət və komendant saatının ləğv olunmasını elan edirəm", - deyə Əl-Burhan bildirib.
O, həmçinin, qeyd edib ki, şuranın fəaliyyətdə olacaq dövr ən çoxu 2 il təşkil edəcək. Əl-Burhan şuranın hakimiyyəti mülki hökumətə ötürmək öhdəliyini də vurğulayıb.
AzNews.az