YPG/PKK müxalif kürdləri yenə saxladı

Təşkilat bundan əvvəl də dəfələrlə ENKS üzvlərini girov götürüb

YPG/PKK Suriyada bir kəndə basqın edərək Suriya Kürd Milli Şurasının beş üzvünü saxlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror qruplaşması YPG/PKK Suriyanın İraqla sərhədində bir kəndə basqın edib və Suriya Kürd Milli Şurasının (ENKS) beş üzvünü girov götürüb.

Şuranın dünən axşam saatlarında verdiyi yazılı açıqlamaya görə terror qruplaşması YPG/PKK-lılar 4 apreldə İraq sərhədinin yaxınlığında yerləşən Derik bölgəsində mühasirəyə aldığı Bani Şefti kəndinə basqın edib.

Təhdid edərək gənclərin üzərini axtaran terroristlər Şuraya bağlı “Kürdistan Demokratik Partiyası” üzvlərindən Bassam Abdülkadir, Siban Muhammed Ahmed, Nuri Yusuf Hangar, Raşid Mahtac Ömer və Mivan Abdullah Keleşi girov götürüb.

Terroristlər müxalif kürd siyasətçiləri kənd camaatının gözlərinin qarşısında aparıblar.

Açıqlamada “ENKS olaraq kürd vətəndaşlara və xüsusilər Suriya Kürd Milli Şurasınının kadrlarına qarşı edilən terror hərəkatını qınayırıq. Beynəlxalq ictimaiyyət, insan haqları təşkilatlarını və Kürd partiyalarını PYD-yə təzyiq göstərməyə çağırırıq” deyilir.

Xatırladaq ki, Suriyanın üçdə birini işğal edən YPG/PKK bu ərazilərdə özlərinə müxalif siyasət yürüdülməsinə icazə vermir. Təşkilat bundan əvvəl də dəfələrlə ENKS üzvlərini girov götürüb, siyasi partiyaların ofislərini yandırıb və ya kilidləyib.

Pərvanə Ağazadə

AzNews.az