Cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərə başlanılıb Cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərə başlanılıb

Meksikada aşkarlanan gizli məzarlıqlarda 45 cəsəd tapıldı

Cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərə başlanılıb

Meksikanın Sonora və Calisko əyalətlərində aşkarlanan gizli məzarlıqlarda 45 cəsəd tapılıb.

Cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərə başlanılıb.

Qeyd edək ki, bu il fevralın 13-də Meksikanın Kolima əyalətinin Santa Rosa qəsəbəsində aşkarlanan gizli məzarlarda əlli cəsəd tapılmışdı.

Meksika Daxili İşlər Nazirliyinin açıqlamasında 2018-ci ilin ilk altı ayında ölkədə 15973 cinayətin törədildiyi, bu rəqəmin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 faiz artığı bildirilmişdi. Ölkənin İctimai Təhlükəsizlik Şurasının və Cəza Məhkəmə İdarəsinin 2017-ci il üzrə hesabatına görə, dünyanın ən təhlükəli 10 şəhərindən beşi Meksikada yerləşir.(AZƏRTAC)

AzNews.az