Həmin həbsxanada Bəşir rejiminin daha bir çox yüksək vəzifəli nümayəndəsi saxlanılır. Həmin həbsxanada Bəşir rejiminin daha bir çox yüksək vəzifəli nümayəndəsi saxlanılır.

Sudanın sabiq prezidenti həbsxanaya yerləşdirildi

Həmin həbsxanada Bəşir rejiminin daha bir çox yüksək vəzifəli nümayəndəsi saxlanılır.

Sudanın sabiq prezidenti Ömər əl Bəşir ötən axşam paytaxt Xartumun şimalındakı Kobər həbsxanasına yerləşdirilib.

“Reuters” xəbər verir ki, sabiq dövlət başçısının ailə üzvlərinin verdiyi məlumata görə, aprelin 11-də hakimiyyətdən uzaqlaşdırılan Ömər əl Bəşir Prezident iqamətgahında mühafizə altında saxlanılırdı.

“Sudan Akhbar”ın daha əvvəl yazdığına əsasən, həmin həbsxanada Bəşir rejiminin daha bir çox yüksək vəzifəli nümayəndəsi saxlanılır.

Uqanda hökumətinin Ömər əl Bəşirə siyasi sığınacaq verməklə bağlı təklifləri araşdırmağa hazır olduğu barədə də məlumatlar var.(report.az)

AzNews.az