Hərbi əməliyyatlar nəticəsində 816 nəfər yaralanıb Hərbi əməliyyatlar nəticəsində 816 nəfər yaralanıb

Liviyada hərbi əməliyyatlarda ölənlərin sayı 189 nəfərə çatdı

Hərbi əməliyyatlar nəticəsində 816 nəfər yaralanıb

Liviyada hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Liviyadakı bölməsi məlumat yayıb.

Bildirilib ki, hərbi əməliyyatlar nəticəsində 816 nəfər yaralanıb. Məlumata görə, Liviyanın paytaxtı Tripolidə təcili yardım briqadası yerləşdirilib.

Qeyd edək ki, marşal Xəlifə Haftarın başçılıq etdiyi mill ordu ilə Faiz Saracın başçılıq ediyi milli barışıq hökumətinin qüvvələri arasında döyüşlər davam edir.

Aprelin 4-də X.Haftar Tripoliyə yürüşə başladığını elan edib. Aprelin 7-də isə Liviyanın hakimiyyətyönlü qüvvələri arasında döyüş başlayıb.(report.az)

AzNews.az