Son günlər Fransa Prezidenti Emanuel Makronun reytinqi bir qədər artıb Son günlər Fransa Prezidenti Emanuel Makronun reytinqi bir qədər artıb

Makronun reytinqi kilsədəki yanğından sonra yüksəlib

Son günlər Fransa Prezidenti Emanuel Makronun reytinqi bir qədər artıb

“İnterfax” xəbər verir ki, bunu BVA şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri göstərir. Belə ki, hazırda dövlət başçısının fəaliyyətini Fransa əhalisinin 32 faizi dəstəkləyir ki, bu da ayın əvvəlinə nisbətən 3 faiz çoxdur.

Aprelin 17-18-də, yəni "Notr-Dam-de-Pari" kilsəsindəki yanğından cəmi iki gün sonra keçirilən sorğu Prezident Makronun məlum hadisəyə həsr olunmuş televiziya nitqinə əhalinin 70 faizə qədər baxıb. Onlardan 62 faizinin dövlət başçısının reaksiyasını və sonrakı fəaliyyətini müsbət qiymətləndirib.

Qeyd edək ki, sorğuda 1000-dək insan iştirak edib.(report.az)

AzNews.az