Onların hamısı hadisə yerində keçinib. Onların hamısı hadisə yerində keçinib.

Hindistanda fil 5 nəfəri tapdalayaraq öldürdü

Onların hamısı hadisə yerində keçinib.

Hindistanın Orissa ştatının iki kəndində filin hücumu nəticəsində 5 nəfər həyatını itirib.

Bu barədə "Hindu" nəşri yazıb.

Bildirilir ki, cümə gününə keçən gecə bir ailədən olan üç nəfər Sandxa kəndindəki evlərinin eyvanında yatarkən onlara fil hücum edib. Onların hamısı hadisə yerində keçinib. Bir müddət sonra həmin kənddə bir qadın da ölüb.

Nəşrin yazdığına görə, bir saatdan sonra qonşu Santapada kəndindən növbəti ölüm hadisəsi barədə xəbər gəlib.

Orissa Vəhşi Təbiəti Birliyinin sədri (WSO) bildirib ki, fil qəzəbli vəziyyətdə olub və daha çox insana hücum etmə ehtimalı var. O yerli hökuməti canlını tapmağa və növbəti hücumların qarşısını almağa çağırıb. (report)

AzNews.az