Bu ölkəyə səyahət etməyin Bu ölkəyə səyahət etməyin

ABŞ-dan Şri Lanka ilə bağlı xəbərdarlıq - Yeni hücumlar ola bilər

Bu ölkəyə səyahət etməyin

ABŞ-ın Dövlət Katibliyi Şri Lankada baş verən terror hadisəsinə görə səhayət xəbərdarlığı edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dövlət Katibliyi Şri Lankada terror təhlükəsinin davam etdiyi və yeni hücum ehtimalının olduğunu bildirib.

Açıqlamada Şri Lankaya getməyi planlaşdıran vətəndaşların bu planı bir daha gözdən keçirməli olduğu vurğulanıb.

Terroristlərin turist məkanlarını, alış-veriş mərkəzlərini, səyahət nöqtələrini, hava limanlarını, avtobus dayanacaqlarını, ibadət yerlərini və otelləri hədəf ala biləcəkləri barədə xəbərdarlıq edilib.

Pərvanə Ağazadə

AzNews.az