Taksi sürücüsü hadisə yerindən qaçıb Taksi sürücüsü hadisə yerindən qaçıb

Braziliyada keçmiş “UFC” döyüşçüsü öldürüldü

Taksi sürücüsü hadisə yerindən qaçıb

Braziliyanın Belen şəhərində keçmiş "UFC" döyüşçüsü Rodriqo Qoyana de Lima qətlə yetirilib.

İnsident idmançının taksi sürücüsü ilə mübahisəsindən sonra baş verib.

İlkin məlumata əsasən, 26 yaşlı idmançı taksidən enib, avtomobilin sürücüsü onu maşınla vurub və daha sonra üzərindən keçib.

Bildirilir ki, taksi sürücüsü hadisə yerindən qaçıb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Rodriqo Qoyana de Lima "UFC"də iki döyüş keçirib və hər ikisində məğlub olub.(trend.az)

AzNews.az