Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

Ebola virusu Konqoda 957 can aldı

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

Konqo Demokratik Respublikasında ötən ilin iyul ayından bəri Ebola virusu səbəbindən həlak olanların sayı 950 nəfəri keçib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 2019-cu il aprelin 29-na olan məlumata əsasən, Ebola virusuna ümumilikdə 1466 nəfər yoluxub, 1400 diaqnoz təsdiqlənib. Onlardan 957 nəfəri həlak olub, 411 nəfər isə müalicə edilib.

Yoluxucu Ebola virusu insanlarda və bəzi heyvan növlərində rast gəlinən kəskin infeksiya xəstəliyinə səbəb olur.

2015-ci ildə Qərbi Afrikanın əsasən 3 ölkəsində - Qvineya, Serra-Leone, və Liberiyada baş qaldırmış virus 13 min insanın həyatına son qoymuşdu.(AZƏRTAC)

AzNews.az