- Dünyanın halı
- 4 May 2019 08:39
- 2 759
İsrail ordusu ilə toqquşmalarda 3 fələstinli öldü, 50-si yaralandı - YENİLƏNİB

Hadisə Qəzza zolağında qeydə alınıb
Qəzza zolağında İsrail ordusu ilə toqquşmalar nəticəsində 3 fələstinli ölüb, daha 50-si yaralanıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidruya istinadən RİA "Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, zərərçəkmişlər İsrail əsgərləri ilə anklavın şərq sərhədlərində baş verən qarşıdurmalar zamanı yaralanıblar.
21:42
İsrail qüvvələrinin cümə günü blokadada olan Qəzzanın mərkəzi rayonuna endirdiyi hava zərbələri nəticəsində iki fələstinli həyatını itirib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən AFP məlumat yayıb.
Onun sözlərinə görə, havadan zərbə pilotsuz uçan aparatlarla HƏMAS hərəkatının mövqelərinə endirilib. Hərəkatın daha 3 tərəfdarı yaralanıb. (Report)