Britaniyanın "F-35B" qırıcısı Yaponiya hava limanına təcili eniş edib

Britaniyanın beşinci nəsil "F-35B" döyüş təyyarəsi Yaponiyanın Kyuşu adasındakı Kaqosimadakı mülki hava limanına məcburi eniş edib.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, hava limanında uçuş-enmə zolağı müvəqqəti bağlanıb və bu, uçuş cədvəlini pozub.

Qeyd olunur ki, təyyarə, böyük ehtimalla, Britaniyanın “Prince of Wales” aviadaşıyıcısının göyərtə aviasiyasının bir hissəsidir və hazırda gəmi müşayiət gəmiləri ilə Yaponiya ərazisindədir. Bu daşıyıcı qrup Yaponiya Hərbi Dəniz Qüvvələri ilə təlimlər keçirir.

AzNews.az